Lapid Makronla İrana qarşı “koordinasiyalı təzyiq” yaratmaq məqsədi ilə görüşəcək.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumatda deyilir ki, İsrailin baş naziri Yair Lapid dünya güclərinin İranla nüvə müzakirələri və Livan Hizbullahının rolu qarşısında daha çətin addımlar atmağa inandırmaq üçün iyulun 7-də Fransaya gedəcək.
Onun Fransada Emmanuel Makronla görüşü nəzərdə tutulur.
Lapidin Parisə səfəri Makron hökumətinin son həftələrdə İranı nüvə anlaşmasını canlandırmaq üçün razılığa gəlməyə təşviq etməsi və Fransanın Livandakı təsirinin davam etməsi ilə eyni vaxtda baş tutur.
Qeyd edək ki, son günlər “Hizbullah” yeni addımlar ataraq Livan qarşısında İsrailə meydan oxuyur.
Oxunub: 324