dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstan Araxamiyadan İNCİDİ

Gürcüstan Araxamiyadan İNCİDİ

Gürcüstan Araxamiyadan inciyib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Ukraynanın prezidentyönlü “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya ABŞ və Avropa ölkələrindən Tbilisiyə Aİ-yə namizəd statusu verməməyi tələb edib.

“Avropa və ABŞ-ı Gürcüstana namizəd statusu almamağa çağıran əsas təşəbbüskarlardan biri Ukrayna hakimiyyətinin nümayəndəsi cənab Araxamiya olub. O, praktiki olaraq Avropaya ultimatum irəli sürüb ki, Gürcüstan namizəd statusu alsa, onlar çox üzüləcəklər”, – Qaribaşvili parlamentdə deyib.

O, həmçinin gürcü müxalifətini ittiham edib ki, onların nümayəndələri də Tbilisiyə Aİ-yə namizəd statusunun verilməməsi xahişi ilə xaricə gediblər. Xüsusilə, Mixail Saakaşvilinin prezidentliyi illərində Avropa İttifaqında səfir olmuş Salome Samadaşvili haqqında danışılıb.

Gürcüstanın Baş nazirinin sözlərinə görə, “Associated Trio”dan (Gürcüstan, Moldova və Ukrayna) məhz onun ölkəsi Aİ-yə namizəd statusuna ən çox layiq idi.

“Təəssüf ki, qəbul edilmədik. Bu, bizi və xalqımızı incitdi”, – deyə o, yekunlaşdırıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR