dini radikalizm və ekstremizmlə mübarizə

PKK Türkiyə sərhədində tunellər şəbəkəsi qurur - Rusiya və ABŞ öhdəliklərini yerinə yetirmir?

PKK Türkiyə sərhədində tunellər şəbəkəsi qurur - Rusiya və ABŞ öhdəliklərini yerinə yetirmir?

PKK terrorçuları Suriyanın şimalında Türkiyə ilə həmsərhəd olan bir sıra bölgələrə nəzarəti davam etdirir.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.

Mənbə yazır ki, Rusiya və ABŞ-ın Türkiyə qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, onlar Türkiyə sərhədi yaxınlığında qalırlar.

Mənbiç və Ayn əl-Ərəb (Kobani) rayonlarında terrorçular yeraltı tunellərin bir hissəsini etiraz edilən suriyalıların saxlanması üçün kameralar kimi istifadə edirlər.

Yerli mənbələrin məlumatına görə, PKK əleyhdarlarına işgəncələrin verilməsi qeyri-adi hal deyil. Terrorçular əsir götürülən suriyalıların bir qismini tunel qazmağa məcbur edirlər. Türkiyə ilə sərhədin bilavasitə yaxınlığında tikilən tunellərin dərinliyi 4 metrdir, işıqlandırma və havalandırma ilə təmin edilib. Tunellərin hündürlüyü iki metrə, eni bir metrə çatır.

Tunellər terrorçular tərəfindən əsasən Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları zamanı sığınacaq kimi və ya Türkiyə ərazisinə hücumların təşkili məqsədilə istifadə olunur.

Məlumata görə, oxşar tunellər şəbəkəsi PKK terrorçuları tərəfindən Suriyanın Hələb, Hasek, Deyr əz-Zor və Rakka da daxil olmaqla digər əyalətlərinin kənd yerlərində yaradılıb. Nəşrin yerli mənbələrə istinadən verdiyi informasiyaya görə, tunellərin uzunluğu bəzən yüzlərlə kilometrə çatır. Hava zərbələri zamanı konstruksiyalar betonla möhkəmləndirilir.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında “Sülhün mənbəyi” antiterror əməliyyatı zamanı Türkiyə Suriyaya görə Rusiya və ABŞ ilə müqavilə bağlayıb.

Onlar PKK terrorçu dəstələrinin Türkiyə sərhədindən 30 km dərinlikdə Suriya ərazisinə çıxarılmasını təmin edəcəklərini öhdələrinə götürüblər.

Oxunub: 377
Oxşar xəbərlər
SON XƏBƏRLƏR