Ukrayna Prezidenti Vladimir Zelenski Estoniyanın xüsusi mükafatı olan "Tallin Gerbi" ilə mükafatlandırılıb.
Djb.az axar.az-a istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.
"Ukrayna Prezidenti Vladimir Zelenski xüsusi hörmət əlaməti olaraq təqdim edilən "Tallin Gerbi"ni alıb. Ukrayna dövlət başçısının təltif edilməsi haqqında qərar mayın 5-də Tallin Şəhər Şurası tərəfindən qəbul edilib", - məlumatda deyilir.
Oxunub: 596