dini radikalizm və ekstremizmlə mübarizə

Norveç Rusiya gəmiləri üçün limanlarını bağlayır

Norveç Rusiya gəmiləri üçün limanlarını bağlayır

Norveç sərhədlərini və limanlarını Rusiya yük maşınları, o cümlədən gəmiləri üçün bağlayır.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Xüsusilə, Norveç və Rusiya arasında yeganə keçid məntəqəsi olan Storskoq vasitəsilə Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilmiş bütün malların daşınması qadağan ediləcək. Mayın 7-dən limanlar Rusiya gəmilərinin qəbulunu dayandıracaq.

Xarici işlər naziri Anniken Huitfeldt deyib ki, məhdudiyyətlər hüquqi statusu 1920-ci il müqaviləsi ilə tənzimlənən Svalbard arxipelaqının ərazisinə şamil edilməyəcək. Norveç bütün dövlətlərə bu adalarda sərbəst fəaliyyət göstərmək hüququ verir.

Həmçinin Rusiyanın bütün balıqçı gəmiləri sanksiyalardan azad ediləcək.

Bundan əvvəl Norveç hökuməti Ukraynanın müdafiəsi üçün 400 milyon kron ayırmağı planlaşdırdığını açıqlamışdı.

Oxunub: 265
Oxşar xəbərlər
SON XƏBƏRLƏR