dini radikalizm və ekstremizmlə mübarizə

Vanq Venbin: "NATO-nun mövcudluğunun yeganə səbəbi müharibədir"

Vanq Venbin: "NATO-nun mövcudluğunun yeganə səbəbi müharibədir"

Pekin administrasiyası NATO-nun “Çin Rusiyanın müharibəsinə dəstəyini dayandırmalıdır” bəyanatına sərt reaksiya verib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, NATO Ukrayna böhranının əsas səbəbini özündən soruşmalıdır.
“NATO-nun mövcudluğu üçün yalnız bir səbəb var, o da müharibədir” – fikrini bildirib.

Çin sözçüsü NATO-nun heç vaxt dünyanın sülh və təhlükəsizliyinə töhfə vermədiyini, soyuq müharibə əvəzinə Rusiya ilə dialoq qurmasının vacib olduğunu vurğulayıb .

Qeyd edək ki, NATO-nun Zirvə toplantısından sonra verilən açıqlamada Pekin rəhbərliyinə, Rusiyaya dəstək verməmək və sanksiyaları pozmamaq çağırışı edilib.

Oxunub: 592
Oxşar xəbərlər
SON XƏBƏRLƏR