dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya və Belarusun UNESKO-dakı üzvlüyü dayandırıla bilər - TƏKLİF

Rusiya və Belarusun UNESKO-dakı üzvlüyü dayandırıla bilər - TƏKLİF

Litva dövləti Rusiya və Belarusun UNESKO-ya üzvlüyünün dayandırılmasını təklif edib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, təklif edilən layihədə Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq hüququn və BMT nizamnaməsinin prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Rusiyanın bu addımlarının, eyni zamanda, UNESKO-nun missiyası və dəyərlərinə də zidd olduğu qeyd edilib.

Litva Ukrayna hadisələri ilə əlaqədar Rusiya Federasiyası və Belarusun UNESKO-ya üzvlüyünün dayandırılması təklifi ilə çıxış edəcək. Qeyd edilib ki, Rusiyanın Ukraynadakı hərəkətləri Avropada və bütün dünyada təhlükəsizlik və sabitliyə təhlükə yaradır.

Qətnamə layihəsi bu gün müzakirə olunacaq.

Oxunub: 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR