dini radikalizm və ekstremizmlə mübarizə

Burkina-Fasoda dövlət çevrilişi hazırlayan bir qrup hərbçi həbs edilib

Burkina-Fasoda dövlət çevrilişi hazırlayan bir qrup hərbçi həbs edilib

Burkina-Fasoda ölkədə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən bir qrup hərbçi həbs edilib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Burkina” xəbər agentliyi ölkənin hərbi ədliyyəsinə istinadən məlumat yayıb.

“Hərbi tribunal yanvarın 8-də respublika təsisatlarında sabitliyi pozmağa cəhddə şübhəli bilinən qrup üzvlərindən birinin denonsasiyası ilə bağlı iş açıb”, deyə hərbi ədalət kommünikesində deyilir.

Qeyd edək ki, Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore son aylarda ölkənin silahlı qüvvələrinin komandanlığında əsaslı dəyişikliklər edib. Eyni zamanda bir neçə hərbçi vəzifəsindən azad edilib.

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR