dini radikalizm və ekstremizmlə mübarizə

Papa Fransisk gözlənilmədən Romada səsyazma mağazasına baş çəkib

Papa Fransisk gözlənilmədən Romada səsyazma mağazasına baş çəkib

Papa Fransisk növbəti dəfə protokol qaydalarını pozaraq Vatikanı tərk edib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, Papa bu dəfə Romanın mərkəzindəki disk mağazasına baş çəkib.

Qeyri-adi səfər Müqəddəs Taxt-Tacın mətbuat xidmətində akkreditə olunmuş jurnalistlərdən birinin sayəsində təsadüfən məlum olub. O təsadüfən yaxınlıqda olub və gördüklərini çəkə bilib.

Adi ağ “Fiat 500” markalı avtomobillə mağazaya gələn pontifik orada təxminən 15 dəqiqə olub. Mağaza sahibləri deyib ki, Papa taxta seçilməzdən əvvəl onların müştərisi olub və Romada yaşayarkən onlardan disk almağa gəlirmiş. Papa mağazaya baş çəkməyə söz verdiyindən bunu gerçəkləşdirib. Mağaza sahibləri Fransiskə klassik musiqi yazısı olan disk hədiyyə ediblər.

Qeyd edək ki, Fransisk ilk dəfə deyil ki, Roma küçələrində görünür və onun hər gözlənilməz çıxışı diqqəti cəlb edir. Sonuncu belə halların birində o, şəxsən Romanın mərkəzindəki optika mağazasına yeni eynək almağa gedib. Ümumiyyətlə, Papa Fransiskin şəxsi alış-veriş və ya görüşlərlə bağlı məlumat vermədiyi, bu kimi işləri özü gördüyü bildirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR