dini radikalizm və ekstremizmlə mübarizə

Çində bir nəfərdə taun aşkar olundu

Çində bir nəfərdə taun aşkar olundu

Çində Ninsya-Huey muxtar rayonunda bir nəfərdə bubon taunu aşkar olunub.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Global Times” yayıb.

Qeyd olunur ki, muxtar rayonun rəhbərliyi yerli sakin olan bir qadında bubon taununun aşkar olunması faktını təsdiq edib. Hazırda rayonda yüksək epidemioloji təhlükə səviyyəsi elan edilib.

Pekinin Tibb Universiteti yanında xəstəxananın infeksion xəstəliklər şöbəsinin baş həkimi Li Tunun sözlərinə görə, xəstəliyin ilkin mərhələlərində bubon taununun insandan insana keçmə riski kifayət qədər zəifdir.

“Bubon taunu adətən hava damcı yolu ilə ötürülmür”, - deyə Li Tun vurğulayıb.

Oxunub: 827
Oxşar xəbərlər
SON XƏBƏRLƏR