dini radikalizm və ekstremizmlə mübarizə

Mərkəz rəhbəri: "Gürcüstanda 12 yaşlı yeniyetmələrin peyvəndlənməsinə payızda başlanacaq"

Mərkəz rəhbəri: "Gürcüstanda 12 yaşlı yeniyetmələrin peyvəndlənməsinə payızda başlanacaq"

"Düşünürəm ki, payızda 12 yaşındakı yeniyetmələri peyvəndlənməsinə başlayacağıq".

Djb.az Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze sosial media hesabında yazıb.

O, yaş həddinin həm İmmunlaşdırma Elmi Komitəsində, həm də Koordinasiya Şurasında müzakirə edildiyini və ölkənin Ümumdünya Səhiyyə Təşkilatından müvafiq tövsiyə gözlədiyini deyib.

"Bir çox ölkələr tənzimləyicilərinin tapıntılarına əsaslanaraq qərarlar qəbul ediblər və 12 yaşdan yuxarı yeniyetmələri əsasən "Pfizer" və "Modernat" ilə peyvənd edirlər, çünki bu yaşda bu iki peyvənd üzərində klinik sınaqlar başa çatdırılıb və olduqca təsirli olub. Dünya Səhiyyə Təşkilatının və Avropa Dərman Agentliyinin qərarlarını gözləyirik. Bu tövsiyələr güclü tənzimləyicilər tərəfindən verilən kimi, əlbəttə ki, düşünürəm ki, payızda bu yaşda olan uşaqları peyvənd etməyə başlayacağıq" - Amiran Qamkrelidze bildirib.

Oxunub: 798
Oxşar xəbərlər
SON XƏBƏRLƏR