dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstanda peyvənd yaşının aşağı endirilməsi gözlənilir

Gürcüstanda peyvənd yaşının aşağı endirilməsi gözlənilir

Gürcüstanda koronavirus əleyhinə peyvənd yaşının payızdan etibarən aşağı endirilməsi gözlənilir.

24News.ge xəbər verir ki, bu barədə xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri, Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, təqribi olaraq sentyabrdan etibarən peyvənd yaşının 12 yaşa endirilməsi gözlənilir.

"Bir çox ölkə öz araşdırmaları nəticəsində qərar qəbul edərək, 12 yaşdan etibarən peyvəndə başlayıb. Bu yaş qrupu üçün, əsasən Pfizer və Moderna peyvəndlərindən istifadə edilir. Klinik araşdırmalar bu yaş qrupu üçün artıq aparılıb və effektivdir. Biz dünya səhiyyə təşkilatının və Avropa dərman agentliyinin qərarını gözləyirik. Onlar tərəfindən tövsiyyə olunacağı təqdirdə əlbəttə ki, payızdan etibarən, biz də bu yaş qrupunun peyvəndlənməsini düşünürük,"-deyə Qamkrelidze əlavə edib.

Oxunub: 396
Oxşar xəbərlər
SON XƏBƏRLƏR