Təhlükəsizlik Şurasının katibi keçmiş Xarici İşlər Nazirini əsirlərin geri qaytarılması prosesinə mane olmaqda günahlandırıb.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azadlıq Radiosunun erməni xidmətinə verdiyi müsahibədə Ara Ayvazyanın həmkarlarına yalan danışdığını və Nikol Paşinyanın komandasına qarşı işlədiyini deyib.
“Uzun müddət, yəni mayın 27-dək əsir məsələsi həll olunmadı. Vəzifədə olduğu müddətdə kolleqalarımıza təhvil verdiyimiz mina xəritələrinin olmadığını söyləmişdi. İstefa verdikdən sonra isə bu məsələ həll edildi”- deyə o bildirib.
Xarici işlər naziri Ara Ayvazyanın 27 may tarixli istefasından sonra departamentin mətbuat katibi Anna Naqdalyan və müavini Qaqik Qalaçyan istefa ərizəsini təqdim ediblər. Hazırda Ermənistan Xarici İşlər Nazirliyi faktiki olaraq başsızdır.
Oxunub: 1 161