Ermənistan parlamenti hərbi xidmətdən yayınan vətəndaşlar üçün amnistiya qanunu qəbul edib.
Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi bu gün parlamentdə ikinci və son oxunuşda qəbul edilib.
Əfv yaşı 27-dən az olan ehtiyatda olan sıravilər və hərbi çağırışdan yayınan və yaşı 35-dən az olan zabitlərə aiddir (keçən il döyüş əməliyyatları dövründə çağırış və ya təlimlərdən yayınanlar istisna olmaqla).
Amnistiya almaq üçün göstərilən yaşda olan vətəndaşlar 31 dekabr 2021-ci il tarixinədək Ermənistana qayıtmalıdırlar.
Qeyd edək ki, Ermənistanda ölkədən xaricdə olan 5400 nəfər xidmətdən yayınma maddəsi ilə axtarılır.
Oxunub: 590