dini radikalizm və ekstremizmlə mübarizə

"Oğlum zəng etdi ki, yaralanıb, özü də döyüş meydanında tək qalıb" - Yelizabet Ohacanyan

"Oğlum zəng etdi ki, yaralanıb, özü də döyüş meydanında tək qalıb" - Yelizabet Ohacanyan

“Müdafiə Nazirliyi və ya zabit heyətindən heç kim İrəvandan çox uzaqda – Masis şəhərində yaşamış və müharibədə həlak olmuş könüllü Arman Ohancanyanın ailəsini ziyarət etmədi”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri Armanın anası xanım Yelizabet Ohacanyan jurnalistlərə bildirib. O keçirilən mətbuat konfransında bunu vurğulayıb: “Müharibə məndən ən qiymətli olanı – vətənimi və oğlumu əlimdən aldı. 30 sentyabrda o, evə zəng etdi və “Avtomobili benzindoldurma məntəqəsinin yaxınlığında qoyub gedirəm, götürərsiniz”, dedi. Sonradan öyrəndim ki, Cəbrayılda döyüşüb. Onların qrupundan yalnız bir neçə nəfər sağ qala bilib. Bu vaxta qədər komandirlərin heç biri bizə gəlməyib. Amma döyüş yoldaşları gəlirdi. Onların arasında yaşlı bir kişi də var idi, Arman ona əmi deyirdi. Bu adamın adı Sarkisdir. Müharibədə əsir düşdü. 20 oktyabrda oğlum saat 10:56-da zəng edib dedi ki, yaralanıb, özü də döyüş meydanında tək qalıb. Hamını köməyə çağırdıq, lakin bizə dedilər ki, orada şiddətli döyüşlər gedir, oğlunuzun olduğu yerə getmək mümkün deyil. Oğlumla söhbət əsnasında partlayışlar eşitdim. Sonra əlaqə tamam kəsildi. Daha danışa bilmədik. Allaha şükür ki, heç olmasa oğlumun cəsədi 21 oktyabrda gecə gətirilmişdi. 10 noyabra qədər qürur hissi keçirirdim. Amma biabırçı sülh müqaviləsindən sonra dözə bilmədim, çünki həm uşağımı, həm də torpağımı itirdim. Bəzən Artsaxın lənətləndiyini görürəm. Oğullarımızın qanının töküldüyü torpağa necə lənət edə bilərlər?”.

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR