dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan Moskvaya getdi - Kortejini "Mi-24" havadan belə qorudu - VİDEO

Paşinyan Moskvaya getdi - Kortejini "Mi-24" havadan belə qorudu - VİDEO

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyan Moskvaya səfər etmək üçün İrəvan hava limanına xüsusi mühafizənin müşaiəti ilə gedib.
Yayılan video görüntülərdə Paşinyanın kortejini havadan “Mİ-24” hərbi helikopteri tərəfindən qorunduğu görülüb.
Kremlin mətbuat xidmətindən verilən məlumatda isə bildirilir ki, görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasında irəliləyişin, həmçinin mövcud problemlərin həlli üçün gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Əsas müzakirə mövzusunun Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi olacaq.
[center]
[/center]

Oxunub: 407
Oxşar xəbərlər
SON XƏBƏRLƏR