dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanda iki hərbçi itkin düşüb

Ermənistanda iki hərbçi itkin düşüb

Ermənistanda iki hərbi qulluqçu itkin düşüb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müqaviləli iki hərbçi qulluqçu martın 21-də güclü çovğunda döyüş məntəqəsindən qayıdarkən onlarla əlaqə itib.

“Davam edən çovğun dünəndən başlayan axtarış-xilasetmə işlərinə maneçilik törədir. Bununla belə, hərbçilərin tapılması üçün bütün lazımı tədbirlər görülür”, - deyə məlumatda bildirilir.


Qeyd edək ki, bundan əvvəl erməni mətbuatında Cermuk şəhərindəki hərbi hissələrdən birində xidmət edən Karen Şahnazaryan və Aqasi Ohannisyanın martın 21-də saat 15.00 radərində itkin düşdüyü barədə məlumat yayılıb.

Oxunub: 447
Oxşar xəbərlər
SON XƏBƏRLƏR