Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyəyə səfər edəcək.
Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə səfər martın 3-də baş tutacaq.
“Səfər çərçivəsində strateji tərəfdaşımız olan Gürcüstanla ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi imkanları, o cümlədən regional məsələlər müzakirə olunacaq”, - deyə qeyd olunub.
Oxunub: 532