dini radikalizm və ekstremizmlə mübarizə

“Ermənistan strateji müttəfiqlikdən Rusiyanın protektoratına çevrildi” - Koçaryan

“Ermənistan strateji müttəfiqlikdən Rusiyanın protektoratına çevrildi” - Koçaryan

“Ermənistan strateji müttəfiq olan Rusiyanın bir protektoratına çevrildi. Taleyin ironiyası budur ki, bütün bu proses respublikada bir Rusiya hərbi bazasının olmasına etiraz edən insanlar tərəfindən edildi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Hayeli.am”, “Politik.am” və “Yerevan.today” onlayn resurslarına verdiyi müsahibəsində söyləyib. O əlavə edib ki, “Syuniki (Zəngəzuru) itirmədiyimizə görə Rusiyaya minnətdar olmalıyıq. Lakin vəziyyət həmişə belə olmayıb. “90-cı illərdə bölgədə ən çox döyüşə hazır olan Ermənistan ordusu idi. İrəvan və Moskva bərabər müttəfiqlər sırasındaydı. İndi isə o qədər zəifik ki, hər hansı bir qonşu dövlət ölkəmizi işğal edə bilər”.

Onun sözlərinə görə, Ermənistan strateji müttəfiqlikdən Rusiyanın bir protektoratına çevrildi və bunu düşünmək belə dəhşətdir.

Oxunub: 608
Oxşar xəbərlər
SON XƏBƏRLƏR