dini radikalizm və ekstremizmlə mübarizə

Rubinyan: "Naxçıvan ərazisi ilə İranla dəmir yolu əlaqəsini bərpa edə bilərik"

Rubinyan: "Naxçıvan ərazisi ilə İranla dəmir yolu əlaqəsini bərpa edə bilərik"

“Regional kommunikasiyaların blokdan çıxarılması məsələsi həyata keçirilsə, Naxçıvan ərazisindən İranla dəmir yolu əlaqəsini bərpa edə bilərik. Bundan əlavə, Rusiya Federasiyası ilə dəmir yolunu bərpa edə biləcəyik. Məlumdur ki, Gürcüstan ərazisindən keçən yol bəzən hava şəraitinə görə bağlanır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyaya verdiyi müsahibəsində hakim blokun parlament üzvü, Parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, 11 yanvar tarixində Moskvada keçirilməsi planlaşdırılan danışıqlar zamanı 10 noyabr bəyanatından irəli gələn iqtisadi və kommunikasiya aspektləri müzakirə ediləcək. Eyni zamanda Rubinyan Ermənistan tərəfinin Naxçıvanı və Azərbaycanın kommunikasiya qurmasının Ermənistanın suverenliyininə zərər verməyəcəyinə əmin olduğunu söyləyib.

Oxunub: 352
Oxşar xəbərlər
SON XƏBƏRLƏR