dini radikalizm və ekstremizmlə mübarizə

Baş nazirin imzaladığı hər hansı sənəd etibarsızdır - "Daşnaksütyun"

Baş nazirin imzaladığı hər hansı sənəd etibarsızdır - "Daşnaksütyun"

“10 noyabr 2020-ci ildə üçtərəfli bir bəyanat imzalandıqdan və şifahi gizli razılaşmalar əldə edildikdən sonra baş verən hadisələr haqlı olaraq cəmiyyətimizdə narazılıq və şübhələrə səbəb oldu. Lakin bu fikirlər Ermənistan Respublikasının Baş naziri olan şəxs tərəfindən nəzərə alınmır. 11 yanvar tarixində Moskvada keçirilməsi planlaşdırılan görüşlər ərəfəsində eyni şəxsin şübhəli addımlar atma ehtimalı yenidən narahatlığa səbəb oldu, bu fikirlər həm vətəndə, həm diasporda, eləcə də ictimaiyyət və milli-siyasi strukturların nümayəndələri tərəfindən səsləndirildi”.

KONKRET.az xəbər verir ki, bu sözlər “Daşnaksütyun” partiyasının bu gün yaydığı bəyanatdan götürülüb.

Bəyanatda daha sonra deyilir: “Baş nazirin son aylarda ictimaiyyətə heç bir hesabat təqdim etmədən getdikcə daha çox gizli fəaliyyət göstərdiyi məlumdur. Ona görə də Nazirlər Kabineti rəhbərinin yeni antikonstitusion addımlar atma ehtimalı ilə bağlı narahatlıqlar getdikcə artır. Bunu nəzərə alaraq “Daşnaksütyun” partiyası xüsusilə ictimai və siyasi strukturların narahatlığını bölüşərək bəyan edir ki, Ermənistanın, “Artsax”ın və diasporun mənafeyinə zidd olan və Baş nazirin iştirakı ilə qəbul edilən hər hansı bir sənəd əvvəlcədən etibarsız sayılır. Çünki Baş nazir kürsüsünü tutan şəxs konstitusiya səlahiyyətlərini aşır və legitimliyini itirir”.

Oxunub: 346
Oxşar xəbərlər
SON XƏBƏRLƏR