dini radikalizm və ekstremizmlə mübarizə

İtkin erməni hərbçilərin valideynləri oturaq aksiya keçirirlər

İtkin erməni hərbçilərin valideynləri oturaq aksiya keçirirlər

Ermənistan silahlı qüvvələrinin itkin düşən hərbçilərinin valideynləri Eçmiədzində hərbi hissənin qarşısında oturaq aksiya keçirir.

Djb.az report-a istinadən xəbər verir ki, hərbçilərin valideynləri və yaxınları hərbi hissənin komandanlığı ilə görüş tələb edirlər. Onlar 81 gündür həmin hərbçilərdən informasiya əldə edə bilmirlər.

“Hakimiyyət uğrunda mübarizə olsaydı, bütün deputatlar burada olardı. Bizə heç kim cavab vermək istəmir. Nə olar, qoy deputat gəlib desin ki, biz də sizinlə bir sıradayıq. Onlar bizim burada olduğumuzu görmürlər?”, – deyə itkin düşən hərbçilərdən birinin anası Anait Adoyan bildirib.

Qeyd edək ki, yanvarın 7-də də hərbi hissədən valideynlərlə görüşə gələn olmayıb.

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR