dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan KTMT-yə müraciət etdi

Paşinyan KTMT-yə müraciət etdi

Zəngəzur bölgəsindəki vəziyyətlə bağlı Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Zoxovurd” qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, “Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ağarak yaxınlığındakı erməni postları istiqamətinə atəş açdığı və guya bu mövqelərin tərk edilməsi tələbi barədə şayiələr yayılmışdı. Daha sonra Sünik qubernatoru Melikset Poqosyan belə bir insidentin olduğunu təkzib edib. Azərbaycanlılar həqiqətən səngərlərindən səsgücləndiricilərin köməyi ilə geri çəkilməyi tələb ediblər. Baş nazir indi problemin Süniklə sərhəd olan və Qarabağdakı müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən Kovsakan (Zəngilan) və Sanasar (Qubadlı) bölgələri ilə əlaqəli olduğunu izah edib. İndi bu ərazidə sərhədlərin delimitasiyası və demarkasiyasını aparmaq lazımdır. Ancaq hər an hansısa bir insidentin baş verəcəyi də istisna edilmir. Ona görə də hadisələri qabaqlamaq üçün Baş nazir KTMT-yə müraciət edib”.

Oxunub: 384
Oxşar xəbərlər
SON XƏBƏRLƏR