dini radikalizm və ekstremizmlə mübarizə

SON DƏQİQƏ: Paşinyan erkən parlament seçkilərinə razı oldu

SON DƏQİQƏ: Paşinyan erkən parlament seçkilərinə razı oldu

Nikol Paşinyan bir daha yalnız xalqın iradəsinin inandırıcı nəticələri əsasında istefa edəcəyini açıqladı. Ancaq Baş nazir erkən parlament seçkilərinin mümkünlüyünü bildirib. Onun fikrincə, seçkilər üçün ən optimal vaxt isə 2021-ci ilin may və yaxud iyun aylarıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, “Nikol Paşinyan istefası üçün xalqın tələbinə mümkün qədər müqavimət göstərmək, may və ya iyun aylarında erkən seçkilər keçirmək niyyətindədir. Əsas odur ki, bu vaxta qədər onlar hakimiyyətdədirlər və yenidən seçilmələrini təmin etmək üçün tamamilə inzibati resursdan istifadə edə bilərlər. Hökumətdəki mənbələrimizə görə, xüsusən də qubernatorlar səviyyəsində kadr dəyişiklikləri edilir. Bununla paralel üsyançı icma liderlərinə inamsızlığı ifadə etmək və onlara qarşı cinayət işi qaldırmaq, bölgələrdə “öz” adamlarını təyin etmək və hüquq-mühafizə sistemi ilə birlikdə seçkilərdə “vəziyyəti dəyişmək” üçün müvafiq işlər aparılır”.

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR