dini radikalizm və ekstremizmlə mübarizə

Mirzoyan: Yalnız bu halda sülh ola bilər! Bəs, Putinin hədəsi?

Mirzoyan: Yalnız bu halda sülh ola bilər! Bəs, Putinin hədəsi?

Vətən müharibəsində darmadağın olan və hərbi kapitulyasiyaya imza atan Ermənistan rəhbərliyi üçlü Bəyanata zidd siyasi açıqlamalar verməyə başlayıb.

Turkustan.info xəbər verir ki, Ermənistan parlamentinin 10 noyabr gecəsi aksiya iştirakçılarının ölümcül halda döyüb, küçənin ortasında buraxdığı spikeri Ararat Mirzoyan Feysbuk üzərindən Fransa Senatına təşəkkür edib.

O bildirib ki, “Dağlıq Qarabağ konfliktinin” son həlli Fransa və digər Minsk Qrupu həmsədri ölkələrinin birgə gücü ilə mümkündür.

O, Fransa Senatının rəhbəri Jerar Larçerə məktubunda qeyd edib ki, “yalnız “artsax”ın tanınması və erməni kəndlərinin qaytarılması ilə uzunmüddətli sülh mümkündür”.

Qeyd edək ki, bu, Fransa Senatının keçmiş qondarma “dqr”in tanınması barədə tövsiyə xarakterli qətnaməsindən sonra Ermənistanın 10 noyabrda imzalanan üçlü Bəyanatın mahiyyətinə tamamilə zidd olan yeni mövqeyidir. Üçlü Bəyanatda keçmiş və qondarma “dqr”lə bağlı heç bir status nəzərdə tutulmur, danışıqlarda hər hansı status müzakirəsi üçün də maddə yoxdur və Azərbaycan Prezidenti İlham Əliyev heç bir status verilməyəcəyini də rəsmən elan edib.

Eyni zamanda, Rusiya tərəfi də rəsmi açıqlama yayaraq, Bəyanatda hər hansı statusun nəzərdə tutulmadığını elan etdi. Buna baxmayaraq, Ermənistan rəsmisinin bu cür açıqlama yayması faktiki olaraq Bəyanata qarşı çıxmaqdır.

Xatırladaq ki, Bəyanata Rusiyanın zəmanət verdiyini qeyd edən Rusiya lideri Vladimir Putin Dağlıq Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğunu bildirməklə yanaşı, bu Bəyanatdan çıxmağa cəhdin Ermənistan üçün intihar olacağı barədə xəbərdarlıq etmişdi. /Axar.az/

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR