dini radikalizm və ekstremizmlə mübarizə

Arçrun Ovannisyan Şuşanın əldən getdiyini dolayısı ilə etiraf etdi


Ermənistan bazar ertəsi Şuşa şəhərindəki vəziyyətə aydınlıq gətiriləcəyini deyir.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arçrun Ovannisyan bildirib ki, Şuşa şəhəri uğrunda döyüşlərdəki vəziyyəti vaxtından əvvəl həm nikbin, həm də bədbin qiymətləndirmək olmaz. Onun sözlərinə görə, 9 noyabrda şəhər ətrafında vəziyyət daha aydın olacaq. “Düşünürəm ki, Şuşa uğrunda üç-dörd günlük döyüş ətrafında vəziyyət sabah aydın olacaq. Vaxtından əvvəl qiymətləndirmək istəmirəm, vəziyyət çox tez dəyişir, amma ümid edirəm ki, sabah Şuşa uğrunda döyüş sona çatacaq”.

Ovannisyan onu da bildirib ki, indi Şuşaya kimin nəzarət etdiyini tam deyə bilməz.

Göründüyü kimi, o Ermənistan cəmiyyətini sabah bu xəbərə hazırlamaq üçün belə açıqlama ilə çıxış edib.

“Kommersant” daha sonra yazır: “Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Şuşaya nəzarəti ələ aldığını söyləmişdi. Bu şəhərin alınması Bakıya Stepanakert şəhərinə və Ermənistana gedən yola nəzarət etmək imkanı verəcək”.

Oxunub: 479
Oxşar xəbərlər
SON XƏBƏRLƏR