dini radikalizm və ekstremizmlə mübarizə

Qardaş ölkədə terrorçular 3 işçini qətlə yetirdi - İri miqyaslı əməliyyat başladı

Qardaş ölkədə terrorçular 3 işçini qətlə yetirdi - İri miqyaslı əməliyyat başladı

Türkiyənin Hakkari əyalətinin Dərəcik rayonunda PKK terroçuları İraqla sərhəddəki iki rayon arasındakı yolda təmir işləri aparan işçilərə hücum ediblər.

KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, silahlı hücum zamanı 1 işçi həlak olub, daha 2 nəfər ağır yaralanıb.

Qeyd edilir ki, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı regionda iri miqyaslı əməliyyat başlayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi öz növbəsində Hakkari-Semdinli sərhədyanı ərazidə 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirlikdən bildirilib ki, zərərsizləşdirilənlər işçilərə hücum edən terrorçular olub.

Oxunub: 403
Oxşar xəbərlər
SON XƏBƏRLƏR