dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan, hər gün onlarla ölü… – Çarukyan

Paşinyan, hər gün onlarla ölü… – Çarukyan

Ermənistan müxalifətinin həbsdə olan lideri Qagik Çarukyan xalqa və baş nazir Nikol Paşinyana səslənib. Onun həbsxanadan göndərdiyi məktub işğalçı ölkənin əsas gündəminə çevrilib.

Axar.az Ermənistan mediasına istinadla xəbər verir ki, Çarukyan həbsxanadan göndərdiyi məktubda Qarabağ cəbhəsində baş verən sarsıdıcı məğlubiyyət xəbərlərini “içəri”də aldığını və bundan üzüldüyünü qeyd edib.

O, bunun əsas günahkarı kimi hazırkı baş naziri ittiham edib. Çarukyan Paşinyandan yaratdığı “müharibə kabusu”nu tezliklə bitirməyi tələb edib:

“Həbsxanada mənə bildirirlər ki, hər gün onlarla əsgərimiz ölür. Nə qədər yaralılarımız var. Təəssüf ki, mən indi “içəri”dəyəm. Məni üzən odur ki, diplomatik kanallarımdan istifadə etmək imkanlarım məhduddur. Bu kabusu bitirməlisən, Paşinyan”.

Oxunub: 377
Oxşar xəbərlər
SON XƏBƏRLƏR