dini radikalizm və ekstremizmlə mübarizə

Meksikada COVID-19-a 5,5 mindən çox yeni yoluxma halı qeydə alınıb


Meksikada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 5506 yeni yoluxma və 751 ölüm faktı qeydə alınıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ölkədə indiyədək ümumilikdə 531 239 nəfərdə koronavirus aşkar olunub ki, onlardan 57 774 nəfər dünyasını dəyişib. Hökumət virusa yoluxmuş insanların real sayının təsdiqlənmiş yoluxma hallarından daha çox olduğunu ehtimal edir.

Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR