dini radikalizm və ekstremizmlə mübarizə

Co Bayden Corc Floydun ailəsi ilə görüşüb

Co Bayden Corc Floydun ailəsi ilə görüşüb

ABŞ-ın keçmiş vitse-prezidenti və prezident seçkilərində daha çox səs qazanacağı ehtimal olunan Demokrat namizəd Co Bayden bazar ertəsi polis zorakılığı nəticəsində dünyasını dəyişən afroamerikalı Corc Floydun ailəsi ilə görüşüb.

Bu barədə Floyd ailəsinin vəkili Benjamin Kremp “Twitter” səhifəsində yazıb.

Vəkil bildirib ki, Co Baydenin Corcun ailəsi ilə keçirdiyi bir saatdan çox görüş zamanı onları dinləyərək kədərlərini bölüşüb.

“Baydenin itki üz vermiş ailəni ziyarəti böyük əhəmiyyət daşıyır”, deyə vəkil əlavə edib. //Apa.az

Oxunub: 407
Oxşar xəbərlər
SON XƏBƏRLƏR