Meksikada son sutkada yeni növ koronavirusa 2409 nəfər yoluxub, yoluxanların ümumilikdə sayı 42 595-ə çatıb. Eyni müddət ərzində daha 257 nəfər eyni diaqnozdan dünyasını dəyişib.
Bu barədə ölkənin baş epidemioloqu Xose Luis Alomia mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə ilk dəfə bir sutka ərzində 2 mindən çox yoluxma halı qeydə alınıb.
Meksikada indiyədək 4477 nəfər koronavirusdan ölüb. Hakimiyyət 26 746 şübhəlinin virusa yoluxma ehtimalını araşdırır. //Apa.az
Oxunub: 378