dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna məktəblərində tədris ili distant rejimdə başa çatacaq

Ukrayna məktəblərində tədris ili distant rejimdə başa çatacaq

Ukrayna məktəblərində tədris ili distant rejimdə başa çatacaq, dərslər mayın 31-dək davam edəcək.


Bu barədə Ukrayna Təhsil Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki, məktəblərdə distant rejimdə dərslər mayın 31-dək davam edəcək, iyulun 1-dək tədris ili yekunlaşmalı, iyunun 15-dək isə məktəblər bütün sənədlərin rəsmiləşdirilməsini başa çatdırmalıdır.

4-cü və 9-cu sinif şagirdləri üçün yekun attestasiyaya gəldikdə isə, bu il o ləğv edilib.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin rejiminin müddətini 22 mayadək uzadıb, lakin mayın 11-dən bir sıra məhdudlaşdırıcı tədbirlər aradan qaldırılacaq. Ukrayna Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 12 331 nəfər təşkil edir, onlardan 303-ü vəfat edib, 1 619-u sağalıb. //“Qafqazinfo”

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR