Rusiyanın Baş Naziri Mixail Mişustin yeni növ koronavirus infeksiyasına yoluxub.
Djb.az-ın məlumatına görə, APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Baş Nazirin özü təsdiqləyib.
"Bir az əvvəl məlum oldu ki, koronavirus üçün keçdiyim test müsbət nəticə verib", - deyə Mişustin Rusiya Prezidenti Vladimir Putinlə videobağlantı zamanı bildirib.
Müalicə olunduğu müddətdə Mixail Mişustini onun birinci müavini Andrey Belousov əvəz edəcək.
Oxunub: 492