dini radikalizm və ekstremizmlə mübarizə

Braziliyada koronavirusdan ölənlərin sayı 4500-ü ötdü

Braziliyada koronavirusdan ölənlərin sayı 4500-ü ötdü

Braziliyada koronavirus qurbanlarının sayı 4,5 mini ötüb, ümumilikdə 66 mindən çox insan virusa yoluxub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində 4 613 yeni yoluxma halı qeydə alınıb (ümumilikdə 66 501). Yoluxmaların 50%-ə yaxın hissəsi ölkənin Cənubi-Şərq bölgəsində aşkarlanıb. Orada San-Paulu, Rio-de-Janeyro, Espiritu-Santu və Minas-Jerays ştatları yerləşir.

Ölüm hallarının sayı son sutka ərzində 338 nəfər artıb və 4 543-ə çatıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə ölüm səviyyəsi 6,8% təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 2,8 milyondan çox yoluxma, 193 mindən çox ölüm halı qeydə alınıb.

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR