Bağdadın “yaşıl zona” yaxınlığındakı Əl-Cadriyə rayonu raket zərbələrinə məruz qalıb.
APA “As Sumaria” telekanalına istinadən xəbər verir ki, dövlət orqanlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi bölgənin yaxınlığına üç raket atılıb.
Məlumata görə, raketlərdən biri yaşayış evinə düşüb, binaya ciddi ziyan dəyib. Ölən və yaralanan barədə hələ ki məlumat verilməyib.
Oxunub: 447