dini radikalizm və ekstremizmlə mübarizə

Cənubi Koreyada koronavirusa yoluxmuş xəstələrin sayında azalma müşahidə edilir

Cənubi Koreyada koronavirusa yoluxmuş xəstələrin sayında azalma müşahidə edilir

Koreya Respublikasında yeni növ koronavirusa yoluxma hallarının sayı 74 nəfər artaraq 8236-ya çatıb, ölənlərin sayı dəyişməmiş qalır – 75 nəfər.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlayıb.

Cənubi koreyalı həkimlərin bildirdiyinə görə, 303 xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb, ölkədə koronavirus epidemiyası başlayandan bəri isə ümumilikdə 1137 nəfər sağalıb.

Cənubi koreyalı həkimlər qeyd edirlər ki, ölkədə müəyyən edilmiş xəstələrin sayı ardıcıl ikinci həftədir azalır. Yeni 74 yoluxma hadisəsinin 35-i Tequ şəhərində, daha yeddisi – onunla qonşu olan Kyonsan-Pukto əyalətində qeydə alınıb. Seula bitişik Kyonqido əyalətində 20 yeni yoluxma faktının hadisənin rast gəlindiyi bildirilir.

Oxunub: 451
Oxşar xəbərlər
SON XƏBƏRLƏR