İsrail Prezidenti Reuven Rivlin martın 16-da “Kahol-Lavan” mərkəzçi blokunun lideri Beni Ganzı 2 mart seçkilərinin nəticələri əsasında Nazirlər Kabinetinin formalaşdırılmasını tapşıracaq.
APA xəbər verir ki, bu barədə yəhudi dövlət başçısının dəftərxanası açıqlama verib.
“Sabah (16 mart) günorta saatlarında prezident Beni Ganza hökumətin qurulmasını tapşıracaq”, - məlumatda belə deyilir.
Oxunub: 458