İsrailin Baş Nazirinin vəzifələrini icra edən Benyamin Netanyahunun və yaxın ətrafındakı insanların koronavirusla bağlı testləri mənfi nəticə verib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin dəftərxanası açıqlama yayıb.
“Baş Nazirdən və ətrafındakı insanlardan götürülən müayinələr onların heç birinin koronavirusa yoluxmadığını üzə çıxarıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirusa yoluxanların sayının 213-ə çatdığını bildirib. İki xəstənin vəziyyəti ağır qiymətləndirilir, dördü sağalıb və bu vaxta qədər ölüm faktı qeydə alınmayıb.
Oxunub: 440