dini radikalizm və ekstremizmlə mübarizə

Avropada koronavirus sürətlə yayılır

Avropada koronavirus sürətlə yayılır

Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir. “Report” xəbər verir ki, İsveçdə koronavirusa yoluxanların sayı 203nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub. Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir. Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb. Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliyanın ən böyük torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb. Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib. Virusa yoluxanlardan 50-yə yaxının vəziyyəti ağırdır.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR