dini radikalizm və ekstremizmlə mübarizə

İtaliyada koronavirus qurbanlarının sayı 148 nəfərə çatıb

İtaliyada koronavirus qurbanlarının sayı 148 nəfərə çatıb

İtaliyada koronavirusun yeni növündən ölənlərin sayı 148 nəfərə çatıb, 3286 nəfər isə bu virusun daşıyıcısıdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlamasında deyib.

“Əvvəlcə sağalanlardan danışın: Bu gün onların sayı 138 nəfər çoxdur – ümumilikdə 414 nəfər. Ölənlərin sayı 41 nəfər artaraq 148 olub, onlar 66-94 yaşları arası insanlardır. Virusa bu günədək 3286 nəfər yoluxub”, - Borrelli belə deyib.


Borrelli, həmçinin bildirib ki, yoluxanların 10%-I intensive terapiya şöbəsinə yerləşdirilib.

Ölkədə virusun yayılmasının episentri Lombardiya və Veneto hesab olunur. Hökumət martın 15-dək ölkədə bütün təhsil müəssisələrinin bağlanmasına qərar verib.

Oxunub: 396
Oxşar xəbərlər
SON XƏBƏRLƏR