Bildenberq Klubu 5-6 il əvvəl İstanbulda gizli toplantı keçiribmiş.
Turkustan.info xəbər verir ki, bu barədə müasir tibbi yenilikləri rədd edən və alternativ müalicə üsullarını təklif edən “Real Tibb Dərsləri 2” kitabında məlumat yer alıb.
Türkiyəli yazar Əziz Üstelin bildirdiyinə görə, hər ilin may ayında Bildenberq hökuməti müxtəlif ölkələrdə, gizli şəraitdə dünya idarəçiliyi və qloballaşma mövzularında toplantı keçirir.
Kitabdakı məlumata əsasən, Bildenberqdə dünya hökumət binası var. Orada qırmızı gül nişanı daha yüksəkdədir. Masonların ən böyüyü orada oturur. Onun yanında iki nəfər olur, o iki nəfərin 3 nəfərlə, eləcə də daha 7 nəfərlə bağlantısı olur. Birinci mason həmişə oradadır. Dağın rəsmən içində oturur. O binaya heç kim yaxınlaşa bilməz.
Kitabda həmçinin qeyd olunur ki, İstanbulda keçirilən toplantıda gündəmdəki məsələ xalqa “çip”lərin yerləşdirilməsi olub.
Artıq qadınlar qollarına hormonal çiplər taxırlar. Həmin çip eyni zamanda 2-6 il ərzində avtomatik olaraq hormon ifraz edir. Qarına yerləşdirilən çiplər avtomatik olaraq insulin verir. Bu çip qana verilir. O hara yerləşdirilir yerləşdirilsin, kompüterə bağlı olur. /Axar.az/
Oxunub: 501