Londonda keçirilən Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) 31-ci Baş Katibliyinin toplantısı çərçivəsində Türkiyə bu qurumun Şura Üzvlüyünə təkrar seçilib.
Djb.az-in Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da Türkiyə Birləşmiş Millətlər Təşkilatının dəniz təhlükəsizliyi, dəniz mühitinin qorunması və dəniz məsələləri üzrə ixtisaslaşmış qurumu olan IMO-da mövqeyini bir daha möhkəmlədib.
Qeyd edək ki, Türkiyə ilk dəfə 1999-cu ildən IMO-da Şuraya üzv seçilib. İki ildən bir Şura üzvlüyünə seçkilər təkrarlanır.
Oxunub: 520