ABŞ prezidenti Donald Tramp demokratları “totalitarizm”də günahlandırıb və 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə iqtisadi gərginliyin qaçılmaz olacağını deyib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, o bu sözləri Luizianada tərəfdarlarının qarşısında çıxış edərkən səsləndirib.
“Amerikanı dəyişdirmək istədikləri zaman demokratlar daha çox totalitar vəziyyətə düşürlər: narazıları sıxışdırırlar, günahsız insanlara böhtan atırlar, qanun normalarını məhv edirlər, nümayiş proseslərinə zəmin yaradırlar və sosialist gündəliyinə zərbə vurmaq üçün Amerika demokratiyasını devirməyə çalışırlar. Dəqiq olaraq deyirəm: demokratlar qayıtsa, deməli, siz heç bir zaman görmədiyiniz depressiyaya düşəcəksiniz”, - deyə ABŞ lideri bildirib.
O öz çıxışında, həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini, yayda demokratların vahid namizədinin təyin olunacağını və noyabrda seçkilərin olacağını da əlavə edib.
Oxunub: 495