Rəsmi Moskva Rusiyanın “ORSIS” şirkətinin də iştirak etdiyi silah tenderinin dayandırılması ilə əlaqədar Ermənistana etiraz notası göndərib və bu ölkənin müdafiə naziri David Tonoyandan bu vəziyyəti həll etməsi istənilib.
APA xəbər verir ki, bu barədə yayılmış sənəddə deyilir.
2019-cu ilin avqust ayında “ORSIS” şirkətinin nümayəndəsi “RİA Novosti”yə bildirib ki, onların da qatıldığı bir neçə milyon dollarlıq silah tədarükü ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin tenderinin ləğvindən sonra ölkədə “xidmətə qarşı laqeydlik” maddəsi ilə cinayət işi başlanılıb. Sonradan bu məlumat nazirlik tərəfindən də rəsmi olaraq təsdiqlənib.
Vəziyyətlə tanış olan agentlik mənbəsinin sözlərinə görə, not artıq Xarici İşlər Nazirliyinə çatıb və yaxın zamanda diplomatik kanallar vasitəsi ilə Ermənistan tərəfinə veriləcək.
22 oktyabr 2019-cu ildə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi rəhbərinin müavini Oleq Ryazansev tərəfindən imzalanmış və Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanan notada deyilir ki, “ORSIS”-in bu tenderdə iştirak üçün müraciəti “səbəbsiz olaraq rədd edilib” və şirkətin özü Ermənistan ordusunun “ləyaqətsiz təchizatçıları siyahısı”na daxil edilib. Sənəddən də görünür ki, Ermənistan Müdafiə Nazirliyi “tenderdə iştirak üçün bank zəmanətinin ödənilməsi tələbi ilə banka qanunsuz müraciət edib”, baxmayaraq ki, şirkət tenderdə qalib gələrsə və müqaviləni imzalamaqdan imtina etsə belə, kompensasiya ödənilməsi qanunla tələb olunur.
“Sizdən xahiş edirəm ki, mövcud vəziyyəti nəzərdən keçirin və bunun həllinə yönəlmiş tədbirlərin görülməsi barədə göstəriş verəsiniz”, - sənəddə deyilir.
Oxunub: 472