Ukrayna Prezidenti Vladimir Zelenski yüksək çinli iki məmura-Prezident Administrasiyası başçısının birinci müavini Sergey Trofimov və digər müavin Kirill Timoşenkoya töhmət verib.
Unikal.org xəbər verir ki, buna səbəb onların Ukrayna Prezidentinin Dnepropetrovsk vilayətinə işçi səfərini düzgün təşkil etməmələri olub.
Prezidentin bununla bağlı verdiyi fərmanda müavinlərin əsas səhvlərinin nədə olması dəqiq göstərilmir.
Müavin Kirill Timoşenko töhmətin Dnepropetrovsk bölgəsinə səfərlə bağlı olduğunu təsdiq edib.
Oxunub: 502