Gürcüstanın Müdafiə və Daxili İşlər nazirləri vəzifələrinə yeni təyinatlar olacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" Partiyasının ofisində açıqlama verilib. Bildirilib ki, Vaxtanq Gomelauri Daxili İşlər naziri, İrakli Qaribashvili isə Müdafiə naziri vəzifəsinə təyin ediləcək.
Hazırkı Müdafiə naziri Levon İzorianın isə Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin ediləcək.
Partiyanın iclasında bundan əlavə Daxili İşlər naziri Giorgi Qaxarianın Baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.
Oxunub: 559