dini radikalizm və ekstremizmlə mübarizə

İran Hörmüz boğazına Aİ missiyasının göndərilməsinə qarşı çıxıb

İran Hörmüz boğazına Aİ missiyasının göndərilməsinə qarşı çıxıb

İran Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) Hörmüz boğazında mülki gəmiçiliyin müdafiəsi üzrə missiyasının yaradılması barədə təklifini tənqid edib.

APA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, İran Prezidenti Həsən Ruhani bu gün bəyan edib ki, kənar hərbi qüvvələr Fars körfəzində təhlükəsizliyin möhkəmlənməsinə kömək etmir, əksinə, regionda situasiyanı gərginləşdirir.

İran hökumətinin nümayəndəsi Əli Rabi Böyük Britaniyanın ideyasını təxribat adlandırıb və İranın Fars körfəzində təhlükəsizliyin "böyük qarantı" olduğunu bildirib.

İran Xarici işlər nazirinin müavini Abbas Arakçı Böyük Britaniya tərəfindən İran tankerinin Cəbəllütarix boğazında saxlanılmasının Tehranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış razılaşmaya zidd olduğunu, beynəlxalq hüququ pozduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 5-də Cəbəllütarix boğazında İranın "Grace 1" tankeri saxlanılıb. Tankerin Avropa İttifaqının sanksiyalarını pozduğu, Suriyaya neft daşıdığı bildirilib. İki həftə sonra - iyulun 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzi ilə Oman körfəzlərini birləşdirən Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" tankerini saxlayıb. Tehran tankerin beynəlxalq gəmiçilik qaydalarını pozduğunu bəyan edib.

Oxunub: 504
Oxşar xəbərlər
SON XƏBƏRLƏR