dini radikalizm və ekstremizmlə mübarizə

Miqrantlarla bağlı yeni mexanizmi 14 Avropa ölkəsi dəstəkləyib

Miqrantlarla bağlı yeni mexanizmi 14 Avropa ölkəsi dəstəkləyib

“Qaçqınların qəbulunu və onların operativ yerləşdirilməsini tənzimləyən yeni bir mexanizmi təklif edilib. Bu mexanizm Avropanın 14 ölkəsi tərəfindən dəstəklənib”.

Djb.az “TASS”a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi və Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Helsinki görüşündə təqdim olunan sözügedən franko-alman sənədinin prinsiplərilə 14 Avropa dövlətinin razılaşdığını deyən Makron qeyd edib ki, bunların arasında səkkiz iştirakçı ölkə bu istiqamətdə aktiv şəkildə əməkdaşlıq edəcək.

Fransa prezidenti həmçinin Avropa İttifaqının Afrika Birliyi ilə sıx əməkdaşlığı çərçivəsində insanların sığınacaq tapmasına imkan verəcək bu proqramı maliyyələşdirmək niyyətində olduğunu açıqlayıb.
Mexanizm miqrantların vətənlərinə qayıtmasına imkan verəcək. Proqrama görə, qanunsuz miqrant daşıyıcılarının əsas yollarından birinin keçdiyi Niger ilə işləməyə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, dövlət başçısı miqrantların Aİ boyunca paylanmasında iştirak etməkdən imtina edən AB ölkələrini tənqid edib.
Qeyd edək ki, prezident çıxışında miqrantların qayıdışını təmin etmək üçün Avropa Komissarlığının səlahiyyətlərinin gücləndiriləcəyini də vurğulayıb.

Oxunub: 533
Oxşar xəbərlər
SON XƏBƏRLƏR