Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri (ZRK) alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan F-35-lərin çatdırılması ilə uyğun gəlmir.
Djb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözlər Ağ Evin mətbuat katibi Stefani Qrişemin açıqlamasında deyilir.
“Təəssüf ki, Türkiyənin Rusiya istehsalı olan S-400 ZRK əldə etməsi onun F-35 proqramında gələcək iştirakını mümkünsüz edir. F-35 öz təhlükəsizliyi üçün Rusiyanın kəşfiyyat məlumatı toplama platforması ilə bir arada mövcud ola bilməz”, - açıqlamada belə deyilir.
Qrişemin sözlərinə görə, Vaşinqton Ankaraya ABŞ istehsalı olan Patriot ZRK-ları almağı təklif etsə də, buna nail ola bilməyib.
Oxunub: 610