Türkiyənin Kastamonu vilayətindəki leysan yağışlar daşqına səbəb olub.
Trend-in məlumatına görə, daşqın bir çox evləri su basıb, yolda hərəkət iflic olub.
Hesabata görə, Gökırmak çayının daşması səbəbindən səkkiz baş mal-qaranı su axınları aparıb. Sarımsaq sahələrinə də zərər vurulub.
Daşqın səbəbindən dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir.
Oxunub: 554